Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dünya Bankı - Azərbaycana 100 mln ABŞ dolları ayırıb

​Dünya Bankı Azərbaycana 100 mln dollar ayırıb

Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 mln ABŞ dollar civarında kredit ayıracaq.

Yenixeber.org: Bu barədə qurumun Direktorlar Şurasının ötən gün keçirilən iclasında qərar qəbul olunub.

Məlumata görə, kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir. Adıçəkilən layihə ilə bağlı fikirlərini bölüşən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib ki, bu, Azərbaycan üçün əhəmiyyətli layihədir və cəmiyyətin həssas təbəqələrini əhatə edir: “Bu layihə ən çox əmək bazarından kənarda qalanlara kömək etmək, yoxsulluğun azaldılması və daha əhatəli iqtisadi böyümənin təmin edilməsinə yardım göstərəcək”.

Açıqlamada deyilir ki, layihənin maliyyələşməsi nəticəsində hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşacaq.

“Azərbaycan özünə məşğulluğun təşviqi ilə əməkhaqqının rəsmiləşdirilməsi ilə bağlı maneələri aradan qaldırmaq əzmindədir”, - layihə üzrə rəhbərlərdən olan Maddalena Honorati deyib.

Onun sözlərinə görə, bu layihə özünə məşğulluq proqramını tamamlayır və bir sıra ölkələrdə sınaqdan keçirilib: "Gözlənilir ki, səmərəliliyini və təsirini genişləndirsin".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam