Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib-FOTO

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Yenixeber.org xəbər verir ki, tamaşa yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində təqdim olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli, səs dizaynı isə Konstantin Soldatov və Platon Soldatovdır.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov və Mehriban Hüseynova çıxış ediblər.

Sonda Leyla Əliyeva tamaşanın yaradıcı heyəti ilə görüşüb.

Qeyd edək ki, "Neft bumu hamıya gülümsəyir" festivalı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin layihəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam