Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Aktrisanı FETÖ "bəsləyir"?

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi ərəfəsində Azərbaycana gələn və həmin gün sosial şəbəkələrdən prezident Ərdoğanın çağırışı ilə küçələrə çıxanları evlərinə geri dönməyə çağıran aktrisa Berna Laçın “FETÖ-yə işləməkdə” ittiham olunub.

Xeberinfo.com:  Belə iddia ilə “Beyaz TV” telekanalının “Söyləməsəm olmaz” proqramının aparıcısı Nihat Doğan efirdən çıxış edib.

“Kimdir bu Berna Laçın? Ən son filmini nə vaxt çəkib? Bu filmi neçə nəfər izləyib? Bu qadının filmini, serialını xatırlayan varmı? Sənətçidir, nədir? Ortaya nə qoyub? Ancaq illərdir bu qadın ekranlardan düşmür. Bunları örgüt (FETÖ) bəsləyir”, - aparıcı bildirib.

Qeyd edək ki, Berna Laçının hərbi qiyama qarşı küçələrə çıxanları evlərinə qayıtmağa çağırması sosial şəbəkələrdə ona qarşı kütləvi qınamalara səbəb olub.

Türkiyə mətbuatı Berna Laçının çevriliş cəhdi ərəfəsində Azərbaycana niyə gəldiyini açıqlamır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam