Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanın mədəniyyət nazirinin 3 müavini olacaq

 

Azərbaycanın mədəniyyət nazirinin 3 müavini olacaq


Yenixeber.org: Prezident İlham Əliyevin iyunun 6-da təsdiqlədiyi Mədəniyyət Nazirliyinin Əsasnaməsində əksini tapıb.  
Onlardan biri birinci müavin, ikisi isə müavin postunu tutacaq. Nazir müavinlərini Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edəcək.
Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirəcəklər və bunun üçün şəxsən məsuliyyət daşıyacaqlar.
Qeyd edək ki, artıq mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyinat olub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vaqif Qədir oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 20-də "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi ləğv edilərək onun əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb. Mədəniyyət Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi kimi fəaliyyət göstərdiyi dövrdə nazirin 4 müavini olub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam