Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“İranla dostluq prioritetlərdən biridir”

 

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov hesab edir ki, Azərbaycan və İranın maraqları ikitərəfli əlaqələrin möhkəmlənməsini və inkişafını tələb edir.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə o, İranın İRNA agentliyinə müsahibəsində bildirib.

Məmmədovun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra İranla münasibətlərin yaxşılaşması Heydər Əliyev siyasətinin prioritetlərindən biri olub.

Son bir ildə Azərbaycan ilə İran arasında münasibətlər öz inkişafının yeni mərhələsinə daxil olub. “Bu mühüm proses gözlənilən idi, çünki iki ölkə xalqlarının mənafeyi əlaqələrin daha da genişləndirilməsini tələb edir”, deyə o qeyd edib.

İran və Azərbaycan prezidentlərinin çoxsaylı görüşləri əlaqələrin möhkəmlənməsinin göstəricisi olub. Bunun ardınca iki ölkənin rəsmi şəxslərinin müntəzəm səfərləri gəlib ki, bu da münasibətlərin inkişafına fə bir çox sahələrdə əməkdaşlığa təkan verib.

Azərbaycan İranın ünvanına istənilən hədələrə və təzyiqlərə qarşı çıxıb və çıxmaqdadır. Eyni zamanda, o, regional təhlükəsizliyin təmin edilməsində, xüsusən İŞİD-in şəxsində terrorizmə qarşı mübarizədə əməkdaşlığın böyük əhəmiyyətini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam