Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərbaycanda həbs edilən iş adamları normal biznesmenlər deyillər”

 

"Xeberinfo.com":   Məlumata görə, bunu Modern.az saytına açıqlamasında ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyev deyib.  
O, son günlər Azərbaycanda iş adamlarının kütləvi həbsinə münasibət bildirərkən qeyd edib ki, bunun ətraflı izahı var. R.Quliyevin sözlərinə görə, bu həbslər elə bir xarakter daşıyır ki, onu bir neçə cümlə ilə şərh etmək olmaz. 
Yaxın zamanlarda məsələ ilə bağlı geniş açıqlama verəcəyini deyən Rəsul Quliyev həbslərin səbəblərinin neft qiyməti faktoruna sökəndiyini bildirib: 
“Bu məsələ aktuallığını uzun müddət saxlayacaq”. 
Qeyd edək ki, “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biri Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputart Dünyamin Xəlilov, “Xəzər adaları” layihəsini reallaşdıran  "Avesta" holdinqin sahibi Hacı İbrahim Nehrəmli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. 
Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə Nizami  Piriyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir.
Bununla yanaşı Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun da hazırda MTN-in istintaq təcridxanasında saxlanıldığı bildirilir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam