Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Nazir -təhsil sahəsində olan əsas problemləri açıqlayıb

“Pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”.

Yenixeber.org: Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, pandemiya dövründə təhsilin fundamental məqsəd və vəzifələri prinsipcə dəyişməyib: “Əsas məsələ də budur. Bacardıqca daha çox insan üçün keyfiyyətli təhsil təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”.

E.Əmrullayev bildirib ki, daha çox insanı onlayn formada təhsilə cəlb etmək mümkündür: “Təhsil və tədqiqatların keyfiyyətinin qaldırılması ən başlıca problem olaraq qalır. Təhsilin keyfiyyət təminatı sistemlərinin yerində olması və tələbələrin nə öyrənməsini müəyyən etmək əsas suallardan biridir”.

O vurğulayıb ki, ali təhsilin maliyyələşdirilməsi və ümumi idarəedilməsi məsələsi gündəmə gəlməlidir: “Ölkənin ali təhsil sistemi kifayət qədər tənzimlənən sahədir. Pandemiya dövründə öyrənmənin hansı həcmdə itirilməsi və bunu bərpa etməyin yolları barədə düşünməliyik. Tələbə nailiyyətlərinin qiymətləndirilməsi baxımından ciddi çağırışlarla üz-üzəyik. Qiymətləndirilmə prosesinə yeni kontekstdə baxış imkanları olacaq. Azərbaycanda ali təhsil müəssisələrinin strukturu kifayət qədər ləng şəkildə dəyişirdi. İndiki şəraitdə pandemiya daha çox instisional dəyişikliyə zəmin yaradacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam