Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Teleqüllə yaxınlığında çatlar yaranıb

Teleqüllə yaxınlığında çatlar yaranıb

 

 

Bakı və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində vəziyyət açıqlanıb

 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub-şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb.

Onun sözlərinə görə, prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsidir.

Ekspedisiya rəisi bildirib ki, Zığ-1 sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə atmosfer yağıntıları və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Eyni zamanda, Günəşli yaylası (çökmə) oturma sahəsi aktivləşib.

Ə. Qaralov qeyd edib ki, Bayıl, Badamdar, Əhmədli-1, Əhmədli-2, Əhmədli – Günəşli arası, “N. Nərimanov dairəsi 31/33”, “N. Nərimanov döngəsi” sürüşmə sahələrində monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam