Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Zığda sürüşmə sahəsi genişlənir

Zığda sürüşmə sahəsi genişlənir

 

“Zığ sürüşmə sahəsində ümumilikdə aktivlik müşahidə edilir”

 

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, son günlər əraziyə düşən atmosfer yağıntıları və texnogen amillərin təsirindən Zığ sürüşmə sahəsi aktivləşib, torpaq qatında olan çatlarda genişlənmələr müşahidə olunur.

Dəstə rəisi Zığda 43 saylı binanın qarşısındakı vəziyyətə də münasibət bildirib. R. Həsənov bildirib k, həmin ərazidə hər hansı dəyişiklik yoxdur.

Nazirlik rəsmisi qeyd edib ki, Abşeron rayonunda - Nübar qəsəbəsi və Masazır sürüşmə sahələrində də aktivlik qeydə alınıb.

Qeyd edək ki, ötən həftə Zığ qəsəbəsində, 43 saylı binanın qarşısında uçqun baş verib, bir nəfər torpaq altında qalıb. Uçqun nəticəsində torpaq altında qalan fəhlə xilas edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam