Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Şəmkirdə və Gədəbəydə güclü külək bəzi fəsadlar törədib

 

 

Şəmkir və Gədəbəy rayonlarında külək bəzi fəsadların yaranmasına səbəb olub

 

Yenixeber.org: Şəmkir şəhəri ilə yanaşı bəzi kəndlərdə də küləkli hava şəraiti elektrik və rabitə xətlərini sıradan çıxarıb.

Bəzi fərdi evlərin dam örtükləri dağılıb. Rayonun Şeidlər və Qasımalılar kəndində elektrik enerjisinin verilməsi gecədən dayanıb, bir neçə fərdi evin dam örtüyü tamamilə dağılıb.

Analoji hadisə Gədəbəy rayonunda da qeydə alınıb. Güclü külək səbəbindən təsərrüfata və fərdi evlərə ziyan vurub. Elektrik naqillərinin sıradan çıxması nəticəsində bəzi kəndlərdə enerjinin verilməsi bir müddət dayanıb. Gədəbəy şəhərində bir neçə binanın dam örtüyünə zərər dəyib.

Hər iki rayonda aidiyyəti qurumlar tərəfindən küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür.

Hazırda küləkli hava şəraiti nisbətən azalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam