Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Daşkəsəndə güclü külək fəsadlar törədib

 

Daşkəsən rayonunda əsən güclü külək şəhərin bir hissəsini işıqsız qoyub

 

Yenixeber.org: Səhər saatlarından başlayaraq əsən güclü külək nəticəsində şəhərdə bəzi problemlər yaranıb. Əsasən şəhərin bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb. Bəzi evlərin və binaların dam örtüyünə ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir.

Qeyd edək ki, şəhərin bəzi yerlərində güclü külək zamanı elektrik naqillərinin bir-birinə çırpılması nəticəsində yaranmış qısaqapanma səbəbindən bəzi vətəndaşların məişətdə işlətdikləri elektrik əşyaları və elektron avadanlıqları da sıradan çıxıb.

Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam