Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərbaycanda ölüm cəzası bərpa olunmalıdır”

 Hüquqşünas Əkrəm Həsənov deyir ki, uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlər ölümlə cəzalandırılmalıdır

Yenixeber.org: “Türkiyədə ölüm hökmünün tətbiqi elə də sadə məsələ deyil”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pedofillərə qarşı ölüm hökmünün bərpa oluna biləcəyi məsələsini şərh edərkən deyib.
Hüquqşünas Əkrəm Həsənov “Sputnik Azərbaycan”a deyir ki, Azərbaycanda da müəyyən cinayətlər üçün ölüm cəzasının bərpa olunmasının tərəfdarıdır:
“Elə cinayətlər var ki, məhz ölümlə cəzalandırılmalıdır. Ölüm cəzası bütün cinayətlərin qarşısını almasa da, müəyyən qisim insanlar bu cəzadan qorxduğu üçün cinayət törətmirlər. Mən də xüsusi hallarda bu cəzanın tətbiqinin tərəfdarıyam. Xüsusən də uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlərin cəzası bu olmalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə pedofillərə qarşı ölüm hökmünün bərpa olunması məsələsinin müzakirə olunduğu bildirilmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam