Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Hacı Mazan”ın başı daha bir dövlət qurumu ilə dərddə- Qalmaqallı iş adamı yerin altına “bomba” basdırıb?

 

 
   
 

bitmap-img6

Qalmaqalları məşhur olan və "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun daha bir qanunsuz əməli üzə çıxıb. 
Yenixeber.org: İş adamı Yeni Yasamal qəsəbəsində inşa etditdiyi binanın arxasından keçən qaz, işıq və su xətlərini torpağın altına basdırıb. 
Vaxtilə bu xətlərin hamısı yerin üstü ilə çəkilsə də, "Hacı Mazan” yeni qeyri-yaşayış obyektləri tikmək və satışa çıxarmaq üçün qaydaları yararaq, yerin səthini təxminən 5 metr aşağı endirib. Bu səbəbdən qaz, işıq və su kəmərlərinin yeri dəyişdirilib. Beləliklə, yerin üstü üçün nəzərdə tutulmuş xətlər, o cümlədən təhlükəli qaz xətti yerin altına basdırılıb.
Qeyd edək ki, həmin ərazi qayalıq olduğundan, qaz sızması böyük faciəyə səbəb ola bilər. Belə ki, qayalıqda qaz sızması özünü büruzə vermir və sızan qaz qayaların arası ilə geniş əraziyə yayılır. 
Artıq "Azəriqaz” İstehsalat Birliyi yaranmış təhlükəli vəziyyətlə bağlı hərəkətə keçib. İB-nin əməkdaşları bir neçə gündür, əraziyə baxış keçirir, ölçü işləri aparır. Təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib.
"Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri məsələ ilə bağlı BakuPost-a açıqlamasında bildirib ki, bu məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.(bakıpost)

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam