Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tikinti şirkətindən oğurluq edən şəxs -saxlanıldı

 

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, ötən ilin avqust ayının 20-də naməlum şəraitdə tikinti şirkətlərinin birinə məxsus dəmir torların oğurlanması barədə Xızı RPŞ-yə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni Sumqayıt şəhər sakini Ceyhun Sadıqov tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxs saxlanılaraq istintaqa təqdim olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin oğurluq yolu ilə əldə etdiyi dəmir torların bir qisminin yeri müəyyən edilib və şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

C.Sadıqov dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib. Onun barəsində Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam