Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ucarda güclü külək fəsadlar törədib - FOTO

 Ucarda güclü külək fəsadlar törədib.

Yenixeber.org: Bu gün günorta saatlarından etibarən əsməyə başlayan güclü külək rayonun Heydər Əliyev prospektində, Elnur Hacıyev və Azərbaycan küçəsində bir neçə şam ağacını aşırıb. H. Əliyev prospektində aşan irigövdəli ağac avtomobil yolunun hərəkət hissəsini tamamilə kəsib. Aidiyyəti qurumlar tərəfindən ağac ərazidən götürülüb, yol açılıb. Bundan əlavə, 3 saata yaxın davam edən güclü külək nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib. Yerli idarədən verilən məlumata görə, bir neçə ərazidə ağacların naqillərin üzərinə aşması nəticəsində qırılmalar baş verib. Hazırda ərazidə təmir-bərpa işləri aparılır. Qeyd edək ki, hazırda rayonun bir çox yaşayış ərazisində elektrik təchizatı müvəqqəti dayandırılıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam