Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Kürdəmir şəhərinin yeni salınmış küçələrinə şəhidlərin adları verilib

 

Kürdəmir şəhərinin yeni salınmış küçələrinə şəhid baş leytenant “Azərbaycan Bayrağı”ordenli İsmayılov Əbu Bəkr Vuqar oğlunun və şəhid gizir“Hərbi xidmətdə fərqlənməyə görə”  3-cü dərəcəli medalla təltif olunmuş Qurbanov Tural Gürşad oğlunun adları verilmişdir.

 

 

 

Xeberinfo.com:   Azərbaycan ordusu aprel  döyüşlərində tarixi qələbə qazandı. Bu tarixi qələbənin qazanılmasında  şəhid olmuş həmyerlilərmiz baş leytenant “Azərbaycan Bayrağı”ordenli İsmayılov Əbu Bəkr Vuqar oğlu və şəhid olmuş gizir “Hərbi xidmətdə fərqlənməyə görə”  3-cü dərəcəli medalla təltif olunmuş  Qurbanov Tural Gürşad oğlu da qəhrəmanlıq göstərmiş və vətənin müdafiəsi naminə  qəhrəmancasına şəhid olmuşlar.Kürdəmir şəhərinin yeni salınmış küçələrinə 02-05 aprel 2016-cı il tarixlərində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş erməni təxrıbatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant “Azərbaycan Bayrağı”ordenli İsmayılov Əbu Bəkr Vuqar oğlunun və şəhid olmuş gizir “Hərbi xidmətdə fərqlənməyə görə”  3-cü dərəcəli medalla təltif olunmuş  Qurbanov Tural Gürşad oğlunun adları verilmişdir. Kürdəmir şəhərinin Heydər Əliyev prospekti məhəllə 1-dən başlayaraq keçmiş Rayon Texnika Birliyinin ərazisindən keçən yeni salınmış küçəyə şəhid İsmayılov Əbu Bəkr Vuqar oğlunun adı , Kürdəmir şəhərinin Bakı prospektindən başlayaraq keçmiş Kürdəmir Melosutikinti idarəsinin ərazisindən keçən yeni salınmış küçəyə şəhid Qurbanov Tural Gürşad oğlunun adı verildi. Şəhid baş leytenant “Azərbaycan Bayrağı”ordenli İsmayılov Əbu Bəkr Vuqar oğlunun və şəhid gizir“Hərbi xidmətdə fərqlənməyə görə”  3-cü dərəcəli medalla təltif olunmuş  Qurbanov Tural Gürşad oğlunun adını bildirən lövhələrin həmin küçələrə vurulması təmin edilmişdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam