Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ağac əkərkən əl qumbaraları tapıb

 

Ağac əkərkən əl qumbaraları tapıb

 

 

İsmayıllı rayonunda əl qumbaraları tapılıb

Yenixeber.org: Bu gün axşam saatlarında İsmayıllı şəhər sakini, 1994-cü il təvəllüdlü İsmayılov Teymur Tahir oğlu yaşadığı evin qarşısında, yolun kənarında ağac əkmək üçün quyu qazarkən torpağın altından 2 ədəd əl qumbarası tapıb.

T. İsmayılov dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları həmin əraziyə gələrək partlayıcıları zərərsizləşdiriblər. Şəhərin Babadağ küçəsində, torpağın altında başqa əl qumbaralarının da olduğu ehtimal edilir. Ona görə də polis əməkdaşları T. İsmayılova torpaqda qazıntı işlərini dayandırmağı məsləhət görüblər. Partlayıcıların torpağa kim tərəfindən və nə vaxt basdırılması hələ məlum deyil.

Polis əməkdaşları ərazini nəzarətə götürüb. Hadisə yerinə ANAMA əməkdaşları çağırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam