Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vaqif Abdullayevin xanım müavini xidməti avtomobili ilə qəzaya düşüb –-Fakt gizlədilir? (FOTO)

 

Yenixeber.org: Bu gün Beyləqan Rayon İcra Hakimiyyəti başçısınn müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən Mirzəyavanın xidməti avtomobili rayon ərazisində  qəzaya düşüb. Bu barədə məlumatı saytımıza rayondakı mənbələr verib. Bildirilir ki, icra başçısının xanım müavininə məxsus olan 11 AA 055 dövlət  nömrə nişanlı avtomobilə ciddi zərər dəyib. Ən maraqlısı fakt isə baş verən qəzanın gizlədilməsi ilə bağlıdır. Belə ki, qəzadan sonra xanım müavinə məxsus xidməti avtomobil icra hakimiyyətinin həyətinə gətirilərək, gizlədilib. Həmin məlumatlarda qeyd olunur ki, qəza baş verən zaman Aytən xanımın özü də xidməti avtomobildə olub. Onun xəsarət alıb-almaması barədə dəqiq məlumat əldə edə bilmədik. hazırda azinforum.az -a təqdim olunan fotodan görünür ki,  xanımın müavinin  xidməti  avtomobilinə  arxa hissədən ciddi zərər dəyib. Hadisə ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti aparatı ilə əlaqə saxlamağa cəhd etsək də, qarşı tərəf zənglərimizə cavab vermədi.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam