Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Güclü külək Mingəçevirdə fəsadlar törədib

 

Güclü külək Mingəçevir şəhərinin təsərrüfatında problemlər yaradıb

 

Yenixeber.org: Günorta saatlarında güclənən külək ayrı-ayrı küçələrdə iri və kiçik gövdəli ağacları aşırıb.

Ağacların bəziləri yollara aşaraq nəqliyyatın hərəkətinə problemlər yaradıb. Xüsusən Aydın Məmmədov küçəsində aşan iri gövdəli ağac yolu kəsib.

Külək bəzi yerlərdə hətta elektrik naqillərini də qoparaq sakinləri işıqsız qoyub.

Eyni vaxtda Mingəçevir Sənaye Parkının enerji təsərrüfatında da problemlər ortaya çıxıb. Müəssisə yarımstansiyasında yaranan qısaqapanma tüstülənməyə səbəb olub. Dərhal hadisə yerinə iki yanğınsöndürmə briqadası göndərilib.

Hazırda təbii hadisənin fəsadlarının aradan qaldırılması və elektrik enerjisiz qalmış yaşayış massivlərinin enerji ilə təminatının bərpa olunması üçün aidiyyatı qurumlar fəaliyyətini davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam