Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İlham Əliyev bərdəli fermerin pambıq tarlası ilə tanış olub

 

 

Martın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub

 

“Report” xəbər verir ki, fermer Musa Quliyev üç ildir pambıqçılıqla məşğul olur.

Prezident İlham Əliyevə məlumat verilib ki, ötən il bu fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb. Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub.

Diqqətə çatdırılıb ki, təsərrüfatda 25 işçi çalışır.

Azərbaycan Prezidenti pambıqçılarla görüşüb.

Pambıqçı Sədaqət Ağayeva ölkədə bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçısı görüşdə çıxış edib.

Sonra səpin işlərinə başlanılıb.

Daha sonra xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxıb.

Məlumat verilib ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün “Azərpambıq” MMC ilə müqavilə imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam