Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Qubada tarixi hamamın bərpa edildikdən sonra açılışı olub

 

 

"Azərbaycan torpağı həmişə multikulturalizm ənənələri ilə məşhur olub"

 

Yenixeber.org: Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qubada 18-19-cu əsrlərə aid tarixi hamamın Mədəni İrsin Qorunması üzrə ABŞ səfirləri Fondu tərəfindən maliyyələşdirilmiş bərpa prosesindən sonra açılışında deyib.

O bildirib ki, Quba 20-dən çox millətin sülh və əmin-amanlıq şəraitində bir yerdə yaşamasına dair çox gözəl nümunədir. Nazirin sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişaf edir.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib.

Qeyd edək ki, XVIII-XIX əsrlərə aid abidə el arasında "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Şərq memarlıq üslubunda tikilmiş hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam