Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artmaqdadırƏbülfəs Qarayev

 

Yenixeber.org: Paytaxt Bakı ilə yanaşı, bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vətəndaşların qəbulundan sonra Şəki şəhərindəki bir sıra mədəniyyət müəssisələrinə baş çəkərkən deyib.

Nazir bildirib ki, Şəki ölkəmizdə turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bu baxımdan qədim şəhərin tarixi məkanlarının gələn qonaqlara yüksək səviyyədə təqdimatı və turistlərə göstərilən mədəni xidmətlərinin səviyyəsi daha da artırılmalıdır.

Nazir xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evə gəlib. Bildirilib ki, şair sağlığında bu evi uşaq bağçasına verib, Şəki şəhər 3 saylı uşaq bağçası burada yerləşib. Qeyd olunub ki, Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq həmin evdə Xalq şairinin ev-muzeyi yaradılacaq. Hazırda muzeydə son tamamlanma işləri həyata keçirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam