Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nazirlik odun yanacağı əldə etmək istəyən vətəndaşlara müraciət etdi (FOTO)

 

Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün planlaşdırılan oduncağın tədarükü davam edir.

Yenixeber.org:  Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Xəlil Ramazanov bildirib.

Regional Meşə Təsərrüfatı Mərkəzləri artıq hər bir bölgə üzrə tədarük olunan odunun dəyərinin ödənilməsi şərtilə təyin edilmiş ünvanlarda odun satışını həyata keçirir. Tədarük olunmuş oduncaq ilk növbədə qazlaşdırma işləri başa çatdırılmamış yüksək dağlıq ərazilərdə yaşayan əhaliyə verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ehtiyacı olan vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən indidən Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göy-Göl Regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi tövsiyə edir.

Bu işdə yerli icra nümayəndəliklərinin və bələdiyyələrin köməyi və dəstəyi də zəruridir, oduna ehtiyacı olanların onlar tərəfindən dəqiq olaraq müəyyənləşdirilməsi çox vacibdir.

Odun yanacağı əldə etmək istəyən vətəndaşlar müraciət, təklif və şikayətlə bağlı ETSN tərəfindən müəyyən edilmiş 050-375-40-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Nazirlik odun yanacağı əldə etmək istəyən vətəndaşlara müraciət etdi (FOTO)Nazirlik odun yanacağı əldə etmək istəyən vətəndaşlara müraciət etdi (FOTO)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam