Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qubada polis əməliyyatı: oğurluq edən 3 nəfərlik dəstə saxlanıldı +FOTO

 

Qubada fərdi yaşayış evindən oğurluq edən gənclər saxlanılıblar.

Yenixeber.org: DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan saytına verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayon sakin X.Səfixanov yanvarın 28-də axşam saatlarında ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun üç sakini, zərərçəkənin qohumu R.Teymurxanov, M.Məmmədov və T.Orucov saxlanılıblar.

Saxlanılan zaman oğurluq yolu ilə əldə edilən müxtəlif növ içkilər, planşet, mobil telefon, telefon aksesuarları, dülgər alətləri və digər əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam