Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Göygöl sakininin evindən narkotik və sursat tapılıb -FOTO

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Yenixeber.org: Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Göygöl rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Vüqar Cəfərov saxlanılıb.

Onun rayonun Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan əkilmiş və xüsusi qaydada qulluq edilmiş ümumilikdə 55 ədəd çətənə kolu, yaşayış evinin yataq otağından 6.02 qram qurudulmuş marixuana, 3.15 qram çətənə kollarına məxsus toxum, eyni zamanda 52 ədəd müxtəlif çaplı ov tüfənginə məxsus patron və altı ədəd 7.62 kalibirli avtomat patronları aşkar aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Cəfərov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Faktla bağlı Göygöl RPŞ-də araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam