Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BELARUSDA YÜZMİNLƏRLƏ İNSAN KÜÇƏLƏRƏ ÇIXDI -Lukaşenko müxalifəti ordu ilə hədələdi (VİDEO)

 

 Avqustun 23-də Minskdə "Yeni Belarus üçün yürüş" keçirilib. Müxtəlif mənbələrin verdiyi məlumatlara görə, aksiyada 150 mindən 200 minə qədər insan iştirak edib. 

Yenixeber.org: Aksiyada prezidentliyə namizəd Svetlana Tixanovskayanın təşəbbüsü ilə yaradılan Müxalifət Koordinasiya Şurasının rəhbərləri çıxış ediblər. Etirazçılar yenə də "Get!, Get!" şüarları səsləndirilər və ölkədə yenidən prezident seçkilərinin keçirlməsini tələb ediblər. 

Belarusun Müdafiə Nazirliyi aksiyaçıların qaldırdığı ağ-qırmızı-ağ bayrağı faşist bayrağı adlandırıb və etirazçıları ordu ilə hədələyib. "Aksiyanın keçirildiyi yerdə, bayraqlar altında faşistlər belarusların, rusların, yəhudilərin və digər millətlərin nümayəndələrinin kütləvi şəkildə öldürülməsini təşkil ediblər" - deyə açıqlamada qeyd olunub. Nazirlik bəyan edib ki, həmin "müqəddəs məkanları" "qoruma" və "mühafizə" altına alacaq. Belə bir video mesaj nazirliyin Telegram kanalında yerləşdirilib.

"Bu yerlərdə nizam və əmin-amanlıq pozulduğu təqdirdə, siz polislə deyil, ordu ilə qarşılaşacaqsınız" - müraciətdə bildirilir.

Söhbətin hansı "müqəddəs yerlər"dən getdiyini nazirliyik açıqlamayıb.

 

 

Bundan əvvəl isə Belarusun müdafiə naziri Viktor Xrenin dövlət televiziyasında "dağıdıcı qüvvələr kütləvi iğtişaşlar, o cümlədən silahdan istifadə etməklə hakimiyyəti ələ keçirməyə cəhd edə bilər" - deyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam