Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Müşavir partiya ilə əlaqələrini kəsdi

 

 

    2012-ci ilin noyabrında Vətəndaş və İnkişaf Partiyası (VİP) üzvlüyünə rəsmən qəbul edilən və partiyanın sədri Əli Əliyevin Bakı kəndləri üzrə müşaviri təyin olunan Xoşqədəm Cəbrayıloğlu VİP-lə əlaqələrini kəsib. 

    "xeberinfo.com": VİP sədri Əli Əliyevin müşaviri artıq uzun müddətdir partiyanın qərargahına gedib gəlmir. Lakin bunun Xoşqədəm Cəbrayıloğlunun VİP- rəhbərliyi ilə münasibətlərdə hər hansı problemi yox, səhhəti ilə baglı olduğu bildirilir. 

    Müşavir özü də VİP-in qərargahına gedib-gəlməməsi barədə xəbərləri təsdiqləyib: "Artıq yaşlaşmışam, uzun müddətdir partiyaya da gedib-gələ bilmirəm. Evdəyəm, yazı-pozuyla məşğulam". 

    Qeyd edək ki, Xoşqədəm Cəbrayıloglu yazıçı Elçin Əfəndiyevin ssenarisi ilə çəkilən "Arxadan vurulan zərbə" filminin prototipi Qurd Cəbrayılın oğlu və “Azəri” İctimai Birliyinin sədridir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam