Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"DANIŞIQLAR MƏXFİLİK REJİMİNDƏ APARILIR..." -İrəvandan sərhədlərin delimitasiyası ilə bağlı açıqlamalar

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasına hazırlıq prosesinə sıfır nöqtəsindən başlanılacaq, Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib. 

Yenixeber.org: Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan deyib.

“Demarkasiya və delimitasiyaya hazırlıq prosesi sıfır nöqtəsindən başlayacaq. Ermənistan bu işin başlamasında iştirak etməyə razılıq verib. Danışıqlar məxfilik rejimində aparılır”, - deyə Koçaryan brifinqdə bildirib.

Öz növbəsində, parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan deyib ki, Ermənistan Rusiyaya sərhədlərin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamağa razılıq verməsi barədə yazılı bildiriş göndərib. 

“Texniki məsələlərlə bağlı razılıq əldə edildikdən sonra Ermənistan komissiya formalaşdırmağa və konkret işlərə başlamağa hazır olacaq. Məzmun barədə danışmaq hələ tezdir, biz hazırlıq işlərinin başlamasından danışırıq”, - deyə o qeyd edib. (İnterfax)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam