Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putindən ABŞ və NATO-ya növbəti mesaj:Rusiyanın cavabı “çox fərqli” ola bilər

Əgər ABŞ və NATO Rusiyaya təhlükəsizlik zəmanəti verməkdən imtina edərsə, Moskvanın cavabı çox fərqli ola bilər.

Yenixeber.org: Bunu bu gün “Rossiya-1” telekanalının efirində Rusiya prezidenti Vladimir Putin deyib.

"Bu, çox fərqli ola bilər. Bu, hərbi ekspertlərimizin mənə verəcəyi təkliflərdən asılı olacaq", - deyə Rusiya dövlət başçısı bildirib.

Eyni zamanda, prezident vurğulayıb ki, Rusiya bu məsələ ilə bağlı danışıqların müsbət nəticələrinə nail olmağa çalışacaq: “Ümid edirəm ki, baş verənlərə baxmayaraq, biz bu təklifi diplomatik proses nöqteyi-nəzərindən nəyisə qaralmaq və dayandırmaq üçün etməmişik, diplomatik danışıqların nəticəsini əldə etmək üçün qeyd etmişik. Biz qanuni olaraq təklif etdiyimiz sənədlər çərçivəsində çalışacağıq”, - deyə Putin əlavə edib.

Rusiya liderinin dekabrın 23-də keçirdiyi mətbuat konfransında dediyi kimi, Moskvanın bundan sonrakı addımları ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə danışıqların gedişindən deyil, “bu gün və tarixi perspektiv üçün” Rusiyanın təhlükəsizliyinin qeyd-şərtsiz təmin edilməsindən asılı olacaq. Putinin sözlərinə görə, bununla bağlı Rusiya tərəfi “aydın şəkildə” “NATO-nun şərqdə sonrakı hərəkətinin qəbuledilməz olduğunu” açıqlayıb.

Putin ABŞ sərhədlərinə yaxın raketlər yerləşdirən Rusiya deyil ki, “evimizə raketləri ilə ABŞ gəlib, onlar evimizin astanasındadır”, - deyə təəssüflənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam