Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Arif Hacılı guya xalqın dərdini çəkir?”

 

"Müsavat Partiyasında heç kim qalmayıb"

 

"Xeberinfo.com":  Məlumata görə, Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat başqanı Arif Hacılının 10 min manatadək olan kredit borclarının dövlət tərəfindən ləğv edilməsi barədə təklifinə reaksiya verib. 

YAP rəsmisi AzVision.az-a açıqlamasında bildirib ki, A. Hacılı bu addımı ilə qarşıdan gələn parlament seçkiləri öncəsi özünə siyasi divident qazanmaq istəyir və oyun oynayır.

S. Novruzov qeyd edib ki, Müsavat Partiyasında legitimlik yoxdur: “Ona görə də hər vəchlə həm xaricdə, həm də daxildə özlərinə hər hansı bir ad qazanmaq istəyirlər. Bu baxımdan I Avropa Oyunlarını boykot etməklə bağlı qərar çıxardılar. Təbii ki, bununla hansısa xarici dairələrin diqqətini özlərinə cəlb etmək istəyirdilər. Müsavat Partiyasında heç kim qalmayıb. Əsas fiqurlar partiyadan uzaqlaşıb. Yerdə qalan 3-5 nəfər isə partiyanı özlərinə müəssisə, gəlir mənbəyi kimi istifadə edirlər”.

Arif Hacılının on min manatadək olan kredit borclarının dövlət tərəfindən ləğv edilməsi barədə təklifinə gəlincə, S.Novruzov qeyd edib ki, bu addım parlament seçkiləri öncəsi siyasi xal qazanmaq üçün atılan addımdır: “İndi guya o xalqın dərdini çəkir? Əsla. O, xalqdan dəstək qazanamq üçün süni şəkildə yalan məlumatlar əsasında hər bir məsələyə özlərini qatmaq istəyirlər. Amma bunun mənası yoxdur. Çünki, Azərbaycan cəmiyyəti onları tanıyır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam