Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Blinken Rusiya-Ukrayna danışıqlarını şərh edib:"Biz Rusiyanın Ukrayna haqqında dediklərinə deyil, nə etdiyinə baxırıq"

Blinken Rusiya-Ukrayna danışıqlarını şərh edib

ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa və qoşunlarını çıxarmağa çağırıb.
Yenixeber.org: O, bu barədə Mərakeşdə həmkarı Nasser Burita ilə birgə mətbuat konfransında bildirib.
Blinken Rusiyanın Ukraynaya indiyə qədər vəhşicəsinə davrandığını qeyd edib:
"Rusiyanın hücumu ukraynalı uşaqların yarısını didərgin saldı. İndi onlar bu hücumu dərhal dayandırmalı, qoşunlarını geri çəkməli və danışıqlara başlamalıdırlar".
O əlavə edib ki, hazırda Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur:
"Biz Rusiyanın Ukrayna haqqında dediklərinə deyil, nə etdiyinə baxırıq".
ABŞ Dövlət katibi Moskvanı dünyada bir çox məhsulların tədarükünün dayandırılmasının arxasında durmaqda ittiham edib.
Qeyd edək ki, Yaxın Şərq səfəri çərçivəsində 27-28 mart tarixlərində İsraildə keçirilən Nəcəf Sammitinə qatılan Blinken Mərakeşə dünən axşam gəlib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam