Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putinin müharibəni bitirməyə hazır olduğuna dair əlamət yoxdur -ABŞ

"ABŞ Putinin Ukraynadakı müharibəni diplomatiya yolu ilə dayandırmağa və bitirməyə hazır olduğuna dair əlamətlər görmür".

Yenixeber.org: Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Mən indi Putinin dayanmağa hazır olduğuna dair heç bir əlamət görmürəm. Əksinə, onun son açıqlamalarına qulaq assanız, onun əks istiqamətdə getdiyini düşünərsiniz", - o vurğulayıb.

Dövlət katibi həmçinin əlavə edib ki, diplomatiya danışıqların hər iki tərəfində məsuliyyətli münasibət və gərginliyin dərhal aradan qaldırılmasını tələb edir. Bununla belə, Rusiya danışıqlar aparmaq niyyətində deyil.

“Mən Rusiyanın apardığı bu müharibəni diplomatiya yolu ilə dayandırmaq üçün ciddi səylərini görmədim”, - Blinken əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton deeskalasiya, atəşkəs və rus qoşunlarının çıxarılmasına nail olmaq üçün diplomatik vasitələrlə Kiyevin səylərini güclü şəkildə dəstəkləyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam