Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

"İran nəinki Zəngəzura, Naxçıvana da girməyə hazırlaşır" -Melkonyan

"İran nəinki Zəngəzura, Naxçıvana da girməyə hazırlaşır" -    Melkonyan  
Ermənistanda İran mövzusu gündəmə çevrilib. Yerli media Araz çayı ətrafında genişmiqyaslı təlimlər keçirən iranlıları gecə-gündüz tərif edir, Zəngəzurda tələsik konsulluq açan Tehranı az qala xilaskar müttəfiq kimi təqdim edirlər.
Yenixeber.org: Məsələn, “Erməni layihəsi”nin həmtəsisçisi, politoloq Sergey Melkonyan "168.am"a açıqlamasında deyib ki, guya İran Qafanda konsulluq açmağa məcbur imiş. Onun məntiqinə görə Avropa İttifaqının müşahidə missiyasının artıq Gürcüstandan Ermənistana gətirilməsi regionda vəziyyəti gərginləşdirib.

- Mülki müşahidəçilər istəniılən vaxt İran və Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirə bilərlər. İran isə öz sərhədində NATO üzvü olan ölkələrin müşahidəçilərinin yerləşdirilməsinə hazır deyil. Ona görə də, Tehran Avropa İttifaqı müşahidəçilərinin yerləşdirilməsinə sərt reaksiya verir. Bu missiyaya cəlb edilənlərdən ABŞ və Rusiyanın milli strategiyalarını mənimsəmələri, Rusiya və NATO silahları üzrə mütəxəssis olmaları tələb olunur. Bu da onların kəşfiyyat funksiyasını yerinə yetirə bilməsi deməkdir. Ona görə də İran açıq şəkildə bəyan edib ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanla sərhəddə peyda olması İran rəhbərləri üçün qəbuledilməzdir. Həmçinin bu müşahidəçilərin heç bir qeydi Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün əsas ola bilməz, - politoloq deyib.

İranla əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışan Melkonyan son vaxtlar Ermənistan-Azərbaycan sülh müqaviləsinin fəal tərəfdarlarına çevrilən ABŞ-ın buna qarşı olduğunu vurğulayıb.

- İran Zəngəzurun əlimizdə saxlanılması istiqamətində bizim əsl müttəfiqimiz sayılır. Ona görə də bu hökumət Zəngəzuru əlində saxlamaq istəmirsə, bunu yalnız İran edəcək. Bu isə o deməkdir ki, indiki hakimiyyət İranı faktiki olaraq düşmənimizə çevirəcək. Başa düşmək lazımdır ki, İran bir siyasi varlıq kimi Azərbaycanı çökdürüb Naxçıvanı da tuta bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam