Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

PAŞİNYAN RUSİYANIN TƏKLİFLƏRİNƏ RAZI OLDUĞUNU AÇIQLADI - Putinə “Valday”da dediklərini xatırlatdı +VİDEO

Yenixeber.org: Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Putinlə keçirdiyi ikitərəfli görüşdə bildirib.

Paşinyan deyib ki, Paris danışıqlarında Putinin rəsmi bəyanatlarına istinad edib.

Ermənistan Baş naziri Putinə “Valday”dakı çıxışını xatırladıb və onun Qarabağın gələcəyilə bağlı fikrinə müsbət yanaşdığını söyləyib. Belə ki, Putin həmin çıxışında Rusiyanın bu məslənin həllində strateji tərəfdaş olduğu üçün Ermənistanın mövqeyini əsas götürəcəyini bildirmişdi.

O, deyib ki, Ermənistan Rusiyanın təklif etdiyi baza prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulmasında maraqlıdır.

Paşinyan hətta həyasızlıq edərək Putinə deyib ki, Azərbaycan Qarabağda guya rus sülhməramlılarının məsuliyyət zonasındakı ərazilərə, həmçinin Ermənistan ərazisinə müdaxilə edib və İrəvan bununla bağlı Rusiyanın mövqeyini gözləyir.

Onu da qeyd edək ki, Rusiyanın “sülh müqaviləsi” variantında rus qoşunlarının daha 10-20 il Qarabağda qalması və məsələnin birdəfəlik həllinin qeyri-müəyyən müddətə qədər uzadılması nəzərdə tutur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam