Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq

 

Sentyabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minatanlardan istifadə edilməklə Ağdam rayonunun cəbhəboyu kəndlərinin atəş tutulması nəticəsində mülkü şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub.

"Xeberinfo.com":  Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar. Belə bir vəziyyətdə beynəlxalq qurumların da Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və mülki vətəndaşlarımızın öldürülməsinə biganə yanaşmaları yolverilməzdir, qəbuledilməzdir.

"Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır və bunun nəticələrinə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", məlumatda qeyd olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam