Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Düşmənə sarsıdıcı zərbələr vururuq"

Ermənistanın sərhəd kəndlərində növbətçilik qaydasında silahlı “drujinniklər”in mühafizəyə cəlb olunması bizim üçün yeni xəbər deyil.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, əgər əvvəllər düşmən tərəfi bu cür praktikadan yalnız işğal olunmuş ərazilərdə istifadə edirdisə, bu gün artıq dövlət sərhədində də erməni kəndlərinin mühafizəsinə rəsmi olaraq ordudan başqa mülki şəxsləri də cəlb etmək məcburiyyətində qalıb:

"Dəfələrlə bildirdiyimiz kimi, qarşı tərəfin yerli əhalidən olan mülki şəxsləri silahlandıraraq səngərlərə doldurması Ermənistan ordusunda kritik həddə çatan əsgər çatışmazlığı, hərc-mərclik, nizam-intizamsızlıq və fərarilik hallarının artmasından, həmçinin Azərbaycan əsgərinin xofu və qorxusundan irəli gəlir.

Bunun əksinə olaraq Silahlı Qüvvələrimizdə xidmət böyük ruh yüksəkliyi, əzmkarlıqla təşkil edilib, şəxsi heyət qabaqlayıcı tədbirlər görməklə düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır və ona sarsıdıcı zərbələr endirir".

Qeyd edək ki, Ermənistan mediası cəbhə xəttində “drujinniklər”in mühafizəyə cəlb olunması ilə bağlı məlumat yaymışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam