Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Bu, böyük bir fəlakət və mənasız maliyyə siyasətidir"

“Hökumət baş verənləri izah etməlidir” - Razi Nurullayev

 

 

“Dolların bahalaşması və manatın kursunun sərbəst buraxılması ölkəmiz və vətəndaşlarımız üçün fəlakətdir. Birdən-birə belə qərarın verilməsi ölkə vətəndaşlarını şoka salıb. Axı, bu kursu neçə aylar ərzində yavaş-yavaş buraxmaq olardı”.
Xeberinfo.com:  Məlumata görə, bu sözləri yeni AXCP sədri Razi Nurullayev manatın kəskin ucuzlaşmasına münasibət bildirərkən deyib. 
 
Partiya sədri qeyd edib ki, bu tip qərarlar hökumətlə vətəndaş arasında uçurum yaradır: “Bu, böyük bir fəlakət və mənasız maliyyə siyasətidir. Bir var ki, insanın başına balaca daş vurasan, bir də var ki, daş kubiki qaldırıb, başının ortasına çırpasan. İndiki hal kubiki başa vurmaqdır. Bu qərarı şiddətlə qınayıram. Bu tip qərarlar hökumətlə vətəndaş arasında uçurum yaradır. Bilmirəm, bunun axırı necə olacaq. Lakin, görünən həqiqət budur ki, kasıbların sayı iki dəfə, acların sayı isə daha çox artacaq. Süfrələr boş qalacaq. Bəzi insanlar övladlarını məktəvə belə göndərməyə çətinlik çəkəcəklər. Bu siyasətlə barışmaq olmaz. Bu addım daha əvvəllər atılmalı idi. Yayı dartıb, birdən buraxmaq böyük gərginlik bahasına başa gəlir. Amma, yayı yavaş-yavaş dartıb, ehtiyyatla buraxmaq olardı. Bu zaman ziyanı da az olurdı”.
R.Nurullayev sonda onu da qeyd edib ki, bu qərarın törətdiyi ajiotaj və narahatlığa görə hökumət cavab verməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam