Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Biz anlamalıyıq ki, Rusiyanın öz maraqları var”

ea2b76bd-c3e4-4002-8712-804d5a19f0b1_292

 

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Rusiyanın Azərbaycana silah satması faktına münasibət bildirib.

Xeberinfo.com:   O qeyd edib ki, digər dövlətlərin şəxsi maraqlarının olduğunu dərk etmək lazımdır. “Report” erməni KİV-nə istinadən xəbər verir ki, o bunu yerli İctimai radioya müsahibəsində deyib.
“Hər bir dövlət başqalarının yox, yalnız öz maraqlarına uyğun olaraq hərəkət edir. Biz bunu dəqiq anlamalı və dərk etməliyik ki, Rusiyanın Ermənistanla olan strateji münasibətləri ilə yanaşı, digər istiqamətlərdə də maraqları ola bilər”, – deyə Koçaryan bildirib.
Onun sözlərinə görə, artıq gözləntilər ümidsizliyə gətirib çıxarır.
“Biz maraqlarımızın kəsişdiyi nöqtələrdə müttəfiqik”, – deyə o bildirib və bu kimi ümidsizliklərin müttəfiq ilə münasibətlərdə mənfi nəticələrə gətirib çıxara biləcəyini əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam