Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“İşğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması regionda dinamikanı dəyişəcək”

OSCE

 

“Həll edilməmiş münaqişələr regionun təhlükəsizlik və inkişafına ən ciddi təhdid olaraq qalır. Mayın 16-da Vyanada keçirilmiş sonuncu yüksək səviyyəli görüş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinin canlanması üçün yaxşı imkan yaratdı. Biz hazırki status-kvonun davamsız və qəbuledilməz olması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrliyinin fikirləri ilə tamamilə razıyıq. Çünki kövrək status-kvo ciddi eskalasiyaya səbəb olur”.

Xeberinfo.com:   Məlumata görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin qurumun Daimi Şurasının 1104 saylı iclasında ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxlerin çıxışına cavab bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, substantiv danışıqlardakı inkişaf nəticəsində nailiyyətlər əldə etmək mümkündür: “Etimad quruculuğu tədbirləri münaqişənin siyasi yolla tənzimlənməsini tamamlamalı və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələrinin aradan qaldırılması kontekstində nəzərdən keçirilməlidir. Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması regiondakı dinamikanı dəyişəcək və bütün xalqlar üçün faydalı olacaq münasibətlərin normallaşmasına yol açacaq. Substantiv danışıqların yenilənməsi üçün irəli sürülən hər hansı ilkin şərt sülh prosesinə ciddi zərbədir və Vyanada əldə edilmiş razılaşmaları zəiflədir”.

Bəyanatda ATƏT-in qaçqın və məcburi köçkün məsələsinə az diqqət göstərməsinin dərin təəssüf doğurduğu qeyd olunub. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam