Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir

 Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə "Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında" layihə daxil edilib.

Xeberinfo.com:  Layihə parlamentin sentyabrın 30-da keçiriləcək toplantısında müzakirə olunacaq.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev "Report"a açıqlamasında deyib ki, Azərbaycanla Avropa Parlamenti arasında yenidən əməkdaşlığın yaranması mühüm addımdır.

O bildirib ki, parlamentlərarası əməkdaşlığın yenidən bərpa edilməsi vacibdir: "Azərbaycan ikitərəfli qaydada Avropanın bir çox dövlətləri ilə uğurlu iş aparır. Düşünürəm ki, bu istiqamətdə işlərimiz uğurla davam edəcək".

Qeyd edək ki, ötən il Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam