Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“ABŞ Fətullah Güləni Türkiyəyə verməlidir”

1478760919

Yeni ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik və kəşfiyyat üzrə sözçüsü general-leytenant Maykl Flayn Türkiyə ilə əməkdaşlıq münasibətlərini bərpa etmək üçün xarici siyasətdə bəzi tənzimləmələrə ehtiyac olduğunu deyib. 

Xeberinfo.com:   Məlumata görə, Trampın quracağı yeni kabinetdə vəzifə alacağı iddia edilən Flaynın ABŞ-ın “Hill” (The Hill) saytında “Müttəfiqimiz Türkiyə böhran içindədir, dəstəyimizə ehtiyacı var” başlıqlı məqaləsi dərc olunub.

Barak Obamanın Ankaranı kifayət qədər anlamadığını qeyd edən Flayn Türkiyənin Amerikanın maraqları baxımından önəmli bir ölkə, eləcə də İraq və Suriyada İŞİD-lə mübarizədə ən güclü müttəfiq olduğunu bildirib.
FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənlə bağlı məsələlərə də toxunan sözçü onu Bin Ladenə bənzədib.
“Biz Fətullah Gülənə sığınacaq verməklə ən böyük müttəfiqimizi itiririk. 11 Sentyabr hadisələrindən sonra Türkiyənin Üsamə Bin Ladenə sığınacaq verdiyini öyrənsəydik, nə edərdik? ABŞ terrorçuları Türkiyəyə verməlidir”, – deyə, Flayn bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam