Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İqtidar da müxalifətin mitinqinə hazırlaşır

İqtidar da müxalifətin mitinqinə hazırlaşır

 

 

 AXCP sədri Əli Kərimlinin sentyabrın 23-ə elan etdiyi mitinqə iqtidar Milli Şuradan daha ciddi hazırlaşır.

 

Yenixeber.org: Bu haqda musavat.com məlumat yayıb. Xəbərdə bildirilir ki, bu haqda sayta məlumat verən şəxs deyib ki, hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəs bəri başdan siyahılaşdırılır.

Mitinq keçiriləcək meydana – Məhsul stadionuna isə xüsusi kameralar quraşdırılır. Əsasən giriş-çıxış nöqtələrinə quraşdırılan kameralar üztanıma proqramlarına qoşulub. Bütün bu fəaliyyət nəticəsində mitinqdən dərhal sonra cəza tədbirləri işə düşəcək. Bununla da hakimiyyət Mili Şuranı və bütövlükdə yay yuxusuna dalan müxalif düşərgənin elektoratını zəiflətməyi, mitinqlərə qatılan, yaxud da gələcəkdə də qatılmağı düşünən vətəndaşları qorxudaraq, çəkindirməyi hədəfləyir. Məlumatda deyilir ki, müxalifətin indiki zəif halında bütün bunları etmək isə heç də ciddi problem yaratmır. Çünki onun elektoral bazası çox zəifdir, mitinqə çıxanların sayı azdır. Bu səbəbdən də cəmi bir neçə günlük fəaliyyətlə bütün mitinq iştirakçılarının kimliyini təsbit etmək mümkün olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam