Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ABŞ kəşfiyyatının keçmiş rəhbəri:“Tramp Putindən qorxur”

Vyetnamda Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra ABŞ prezidentinin “Rusiya ilə çox yaxşı münasibətlər” barədə bəyanatı onu göstərir ki, Tramp Putinin təsiri altına düşüb. Bunu dünən CNN telekanalının efirində ABŞ-ın milli kəşfiyyat idarəsinin keçmiş direktoru Ceyms Klepper və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Con Brennan deyiblər.

Yenixeber.org:  “İnterfaks” xəbər verir ki, Brennanın güman etdiyinə görə, Rusiya prezidenti Trampın təriflənməyə olan zəifliyindən istifadə edib, yaxud amerikalı lider “hər hansı səbəbdən” Putin tərəfindən qorxudulub. “Trampın ruslara qarşı davranışının səbəbi ya sadəlövhlük, ya səfehlik, yaxud da qorxudur”, - o bildirib.

Onun fikrincə, Trampın Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini inkar etməsi başqa ölkələrə eyham vurub ki, ona təsir göstərmək mümkündür. “Düşünürəm ki, çinlilər və ruslar əmindir ki, onunla oynaya bilərlər”, - Klepper əlavə edib.(virtual)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam