Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsi istisna deyil”

 

“Türkiyənin üzərinə NATO çərçivəsində Azərbaycan və Gürcüstanın hərbi baza və müdafiə sisteminin gücləndirilməsində böyük rol düşür”

 

 
   "Xeberinfo.com": Bunu Axar.az-a açıqlamasında politoloq, hüquqşünas Fərhad Mehdiyev bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin Naxçıvanda keçiriləcək görüşünü şərh edərkən deyib:
 
“Bu gün Naxçıvanda hər üç ölkənin müdafiə nazirlərinin baş tutacaq görüşünün mahiyyəti Azərbaycanın Rusiyanın regional təhdidlərinə qarşı mühüm hərbi tədbirlər görmək istəyilə bağlıdır”.
 
Fərhad Mehdiyev Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirmək məsələsinin mümkünlüyünü istisna etməyib:
 
“Hesab edirəm ki, ölkə nazirləri bu gün Naxçıvanın təhlükəsizlik  məsələsində ortaq nöqtəyə gələcəklər. Çünki dost ölkələr çox gözəl başa düşürlər ki, Rusiyanın Azərbaycana etdiyi və bundan sonra edəcəyi regional təhdidlər bütün Qafqaz üçün təhlükə mənbəyidir”.
 

 

Xatırladaq ki, bu gün Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam