Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şahzadədən azadlığı üçün 6 milyard dollar tələb olunur

Şahzadədən azadlığı üçün 6 milyard dollar tələb olunur

 

Səudiyyə Ərəbistanının hökuməti tələb edir ki, korrupsiyada ittiham olunaraq həbs edilən şahzadə Əl-Valid bin Talal azadlığı üçün 6 milyard dollara yaxın pul ödəsin

Yenixeber.org:  Bu barədə “The Wall Street Journal” jurnalında dərc edilən məqalədə bildirilir.

Qeyd olunur ki, hazırda milyarder digər həbs edilən şəxslərlə birgə Ər-Riyad hotellərinin birində saxlanılır. Onlardan bəziləri azadlığa çıxmaq üçün öz aktivlərinin bir hissəsini hökumətə verməyə razılaşıblar. 

Nəşrin mənbələri iddia edir ki, Əl-Valid Bin Talal hələlik bu məbləği ödəməyə imtina edir. Şahzadə bildirib ki, bu addım faktiki olaraq korrupsiya ilə bağlı ittihamları qəbul etməkdir. Bunun əvəzinə milyarder hökumətə 8,7 milyarda dollar dəyərində qiymətləndirilən “Kingdom Holding” şirkətinin bir hissəsini təklif edir.

“Forbes” nəşrinin məlumatına əsasən, şahzadənin aktivləri 18,7 milyard dollar təşkil edir. O, Yaxın Şərqin ən zəngin insanlarından biri sayılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam