Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ABŞ veto qoyub-BMT-nin Qəzza ilə bağlı qətnaməsinə

ABŞ BMT-nin Qəzza ilə bağlı qətnaməsinə veto qoyub
ABŞ BMT Təhlükəsizlik Şurasının son günlər Qəzzada baş verən hadisələrin müstəqil şəkildə araşdırılmasını nəzərdə tutan kommünikesinin qəbuluna mane olub.
Yenixeber.org: AFP agentliyi diplomatik mənbələrə istinadən xəbər verir ki, ABŞ BMT Təhlükəsizlik Şurasının son günlər Qəzzada baş verən hadisələrin müstəqil şəkildə araşdırılmasını nəzərdə tutan kommünikesinin qəbuluna mane olub.

Sənədin mətnində deyilir: “BMT Təhlükəsizlik Şurası dinc nümayiş keçirmək hüququndan istifadə edən fələstinli mülki şəxslərinin ölümü ilə əlaqədar kədərlənir və qəzəbini ifadə edir. Həmçinin, baş verənlərin müstəqil və şəffaf araşdırılmasına çağırış edir.”

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ isə sənədin qəbuluna veto qoyub.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsilə bağlı 10 mindən çox fələstinlinin Qəzza zonasındakı etirazını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 59 fələstinli ölüb, 2771 nəfəri yaralanıb. ABŞ-ın bölgədə qarşıdurmaya gətirən bu addımının qarşısını almaq üçün Fələstin nümayəndə heyəti son həftələr bir neçə dəfə BMT TŞ-na müraciət etsə də, məsələ ilə bağlı hələ də xüsusi toplantı keçrilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam