Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Status-kvonun qəbuledilməzliyi dəfələrlə bildirilib –Məmmədyarov

 

Status-kvonun qəbuledilməzliyi dəfələrlə bildirilib – Məmmədyarov
Dünya ictimaiyyəti beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Yenixeber.org: Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov“RİA Novosti”yə verdiyi müsahibədə belə deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi artıq uzun illərdir ki, davam edir: “Minsk qrupunun mandatına dair sənəddə qeyd olunduğu kimi, Minsk qrupu öz fəaliyyətində beynəlxalq hüququn müvafiq norma və prinsiplərini, BMT TəhlükəsizlikŞurasının qətanamələrini və Helsinki yekun aktının müddəalarını əsas tutur. Münaqişənin nizamlanması da məhz həmin başlıca müddəalara əsaslanmalıdır.”

“Minsk qrupu trəfindən təklif olunan mərhələli nizamlanma modeli çoxdan hamıya bəllidir. Rusiya, ABŞ və Fransa dövlət başçılarının birgə bəyanatlarında işğal faktına əsaslanan status-kvonun qəbuledilməzliyi barədə mövqe dəfələrlə ortaya qoyulub. Təəssüf ki, biz hələ də işğala son qoya bilməmişik. Nizamlanma prosesinin təşviqi üçün mövcud format və gündəmdə duran məsələlər çərçivəsində substantiv danışıqların intensivləşdirilməsini təmin etməyimiz vacibdir.” – deyə, Məmmədyarov bildirib.

Nazir onu da əlavə edib ki, rəsmi Bakı münaqişənin nizamlanması istiqamətində substantiv danışıqların davam etdirilməsinə hazırdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam