Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərdoğan - Suriyadakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyəti Rusiya lideri Vladimir Putinlə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Yenixeber.org: Bunu Türkiyə prezidenti Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

"Dünən axşam ABŞ prezidenti Donald Tramp ilə danışıqlar apardım. Bundan sonra Suriyadakı vəziyyəti qiymətləndirmək üçün Vladimir Putinlə də danışıqlar aparacağam", - deyə o qeyd edib.

Türkiyə prezidenti vurğulayıb ki, Ankara əldə olunan razılaşmalara əsasən, öhdəliklərin üzərinə düşən hissəsini sonuna qədər yerinə yetirəcək: "Biz memorandumdan geri çəkilmirik". 

Öz növbəsində, Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov Türkiyə tərəfinin V.Putin ilə telefon danışığı aparmaq istəyini təsdiqləyib: "Hazırda onların təklifi əsasında uyğun vaxtı müəyyənləşdiririk və cavabımızı qarşı tərəfə bildirəcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam