Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Mahmud Abbas İsraili təhdid edib-bütün sazişlərdən çıxmaqla

 

 

Fələstin prezidenti Mahmud Abbas İsraili İordan vadisini ilhaq edəcəyi təqdirdə bütün sazişlərdən çıxmaqla təhdid edib.

Yenixeber.org: TASS xəbər verir ki, bu barədə FƏTH hərəkatının sədr müavini Mahmud əl-Alul məlumat verib.

“Abbas (İsrailin baş naziri Binyamin) Netanyahuya İsrailin İordaniya vadisini və yaşayış məntəqələrini ilhaq edəcəyi təqdirdə Fələstin hökumətinin bütün sazişləri yerinə yetirməkdən imtina edəcəyini bildirib”, - o deyib. Sədr müavini qeyd edib ki, təhlükəsizlik sahəsində koordinasiyanın ləğvi hazırda müzakirə edilmir.

ABŞ dövlət katibi Maykl Pompeo 2019-cu il noyabrın 18-də Vaşinqtonun İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məskənlərinin beynəlxalq qanunları pozduğunu artıq düşünmədiyini bildirib. Ertəsi gün Netanyahu parlamentin təsdiqindən sonra İsrailin suverenliyini İordan vadisi və Ölü dənizin şimal ucuna qədər genişləndirəcək qanun layihəsini təsdiqləyib. Pompeonun bəyanatına cavab olaraq Fələstin tərəfi ABŞ administrasiyasının yaşayış məntəqələrinə aid beynəlxalq qətnamələri ləğv etmək səlahiyyətinin olmadığını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam