Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Əli Kərimli hakiiyyətin görüş təklifindən danışdı

 

 Yenixeber.org: Prezident Administrasiyasının siyasi partiyalarla əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyev AXCP sədri Əli Kərimlini görüşə dəvət edib. Ə.Kərimli mətbuata bildirib ki, belə görüşün konkret gündəliyi olmalıdır və siyasi məhbusların azadlığa buraxılması, toplaşma azadlığının təmin edilməsi, seçki islahatları, yeni parlament seçkilərinin tarixinin təyin edilməsi, Qarabağ nizamlanması və təhlükəsizliyin təminatı məsələlərini əhatə etməlidir. Buna görə də Ə.Kərimli müavini Seymur Həziyə görüşə getməyi və Ə.Vəliyevlə dialoqun predmetini müzakirə etməyi təklif edib.
Öz növbəsində S.Həzi Turan-a bildirib ki, Ə.Vəliyevlə görüşməyə hazırdır. Qeyd edək ki, hakimiyyət parlament seçkilərindən dərhal sonra müxalifət nümayəndələri ilə dialoqa başlayıb. İlk görüş Xalq Partiyasının lideri Pənah Hüseynlə, sonra REAL lideri İlqar Məmmədovla olub.
Müsavat rəhbərliyi də dəvət edilib, ancaq hələlik görüş olmayıb. Hakimiyyətin hansı məqsəd güddüyünü söyləmək çətin deyil – bu, müəyyən preferensiya qarşılığında siyasi opponentləri sərt qarşıdurmadan çəkinməyə razı salmaq istəyidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam